MIT (CSAIL) süni zəka və kompyuter elmləri laboratoriyasının bir qrup alimi yundan paltar toxuyan texnologiya yaradıblar. Bu barədə TechCrunch yazır.
Alqoritm, süni zəkaya çox çətin naxışlı materialları toxumağa imkan verir. Ondan təcrübəsiz dizaynerlər də istifadə edə biləcəklər – bu işdə onlara hazır şablonlar kömək edəcək.
İstifadə rahatlığına baxmayaraq, yeni proqramın çatışmazlıqları da var. Məsələn, eksklüziv şablonların hazırlanmsı üçün dərin proqram təminatı biliyi lazımdır. Bundan başqa, tikiş maşını çoxlu tullantılar çıxarır.