Bir qrup müsiqişünas və proqramçı komandası bəstəkar Lüdviq van Bethovenin bəstəsi üzərində işləyəcək. Onlar bəstəkarın yarımçıq qalan onuncu simfoniyasını süni zəkanın köməyi ilə tamamlayacaqlar. Bu barədə Le Figaro qəzeti xəbər verib.
Qeyd edək ki, tanınmış bəstəkar həmin bəstəsini bitirə bilməyib. Ölümündən sonra Bethovenin bir neçə əlyazmaları və planları qalıb. Proqramçılar komandası onlardan proqramların tərtibatında istifadə edir.
Süni zəka artıq bəstəkardan qalan mirasın hamsını təhlil edib və iş üçün lazım olan alqoritmləri ələd edib.