Çinin süni intellekt sahəsində nəhəng startapı olan SenseTime 620 mln. dollar cəlb edə bilib. Bu investisiyanın yatırımı zamanı şirkət 4.5 mlrd. dollar həcmində qiymətləndirilib. İnvestorlar arasında Fidelity International, Hopu Capital, Silver Lake, Tiger Global və Qualcomm Ventures kimi iri fondlar vardır.
Qeyd edək ki, adı çəkilən şirkət aprel ayında Alibaba tərəfindən 600 mln. dollar cəlb edə bilmişdir. Bu dövrdə şirkətin qiyməti 3.5 mlrd. dollar qiymətləndirilmişdir və öz sahəsində ən bahalı startap adına layiq görülmüşdür.
SenseTime şirkəti əsasən insan üzlərinin tanınması və şəkillərlə iş üzrə ixtisaslaşıb. Şirkətin ən böyük müştərilərindən biri çin polisidir. Polislər adı çəkilən xidmətdən kütlə içində cinayətkarların üzlərinin tanınması istiqamətində istifadə edirlər.