Əsas səhifə Biznes sahələri Texnologiya Süni intellekt texnologiyaları bazarının həcmi açıqlanıb

Süni intellekt texnologiyaları bazarının həcmi açıqlanıb

295
Paylaş

“Bizplus.az” – ın məlumatına görə, 2022-ci ilədək neyron şəbəkələr əsasında dünya kompüter təlimi və süni intellekt texnologiyaları bazarının həcmi 52,5 milyard dollaradək artacaq. Bu, 2017-ci ilin göstəricisi ilə müqayisədə dördqat artıma bərabər olacaq. Bu barədə süni intellekt həlləri bazarının təhlilini aparan “Frost & Sullivan” beynəlxalq konsaltinq şirkətinin proqnozunda deyilir. Proqnozlara görə, süni intellekt texnologiyalarının hər yerdə tətbiqi 2030-cu ilədək qlobal məhsul və xidmətlərin həcmini 15,7 trilyon dollar artıracaq. Bundan başqa, hazırda ABŞ süni intellekt layihələri/startaplarına investisiyaların məbləği və imzalanmış sazişlərin sayına görə lider olaraq qalır. İkinci və üçüncü yerlərdə Çin və Böyük Britaniya qərarlaşıb. Lakin sazişin orta qiyməti nəzərə alınsa, burada mütləq lider Çindir. Ölkənin son iki ildə imzaladığı sazişlərin orta həcmi 100 milyon dolları ötüb. ABŞ və Böyük Britaniyada bu göstərici müvafiq olaraq 15 və 5,4 milyon dollar təşkil edir.“Son bir neçə ilin məlumatlarını analiz etsək, belə nəticəyə gəlmək olar ki, süni intellekt yaxın gələcəkdə insanların şəxsi və peşə həyatının ayrılmaz hissəsinə çevriləcək. Texnologiya hazırda bütün böyük sahələrdə tətbiq edilir. İri şirkətlərin süni intellekt texnologiyaları əsasında proqramlar üçün orta illik xərcləri durmadan artır, çünki təşkilatlar kompüterlər vasitəsilə biznes proseslərini yaxşılaşdırmaqla rəqabətli üstünlüyə nail olmaq istəyirlər”, – “Frost & Sullivan” şirkətinin biznesin inkişafı üzrə direktoru Denis Stepanov bildirib.