Avtomatizasiya və süni intellekt dövründə qadınlar gəlirlərinin azalması və gender bərabərsizliyi ilə üzləşə bilər.
Bu barədə “McKinsley Global İnstitute” (MGI) təşkilatının qadınların rəqəmsal iqtisadiyyatdakı rolu haqda hesabatında deyilir.
MGİ-nin məlumatına görə, 2030-cu ilə kimi yeni texnologiyalar sayəsində əlavə 171 milyona yaxın iş yeri açılacaq. Qadınlar arasında məşğulluq səviyyəsi kişlərlə müqayisədə daha yüksək templərlə artacaq. Bunu ilk növbədə qadınların dominant təşkil etdiyi səhiyyə sektorunun sürətlə inkişaf etməsi ilə əlaqələndirirlər.
Ancaq yeni vakansiyalara götürülmələri üçün qadınlar ixtisaslarını artırmalı olacaqlar: söhbət 40 milyondan 160 milyona qədər zərif cins nümayəndəsindən gedir. Qadınlar işsiz qalmamaları üçün mütləq müasir texnoloji trendlərlə ayaqlaşmalı, lazımı rəqəmsal bilik və vərdişlərə yiyələnməlidirlər. İxtisası artıran namizədlər yüksək gəlirli iş yerlərində çalışacaq. Qalanları gəlirlərinin azalması və gender bərabərsizliyi ilə üzləşəcək.