Süni intellektə Azərbaycan dili “öyrədiləcək”

Date:

Paylaş:

“Süni intellekt strategiyası”nın hazırlanmasında bizim qarşımızda duran əsas məsələ süni intellektə Azərbaycan dilini başa düşməyə kömək etməkdir”.

Bunu “Microsoft Azerbaijan”ın yeni baş meneceri Qaçay Mirzəyev şirkətin Azərbaycan üçün hazırladığı “Süni intellekt strategiyası” ilə bağlı sualları cavablandırarkən deyib.

O, əlavə edib ki, əgər tələblər yerinə yetirilsə 2 ay ərzində süni intellekt Azərbaycan dilini tanıya bilər: “Bunun üçün bizə həm Azərbaycan, həm də ingilis dilinfə ekvivalent olan minimum 3 milyon cümlə lazımdır. Əgər biz bunu təşkil edib “Microsoft”a təqdim edə bilsək 2 ay ərzində şirkət süni intellektə Azərbaycan dilimi tanımağı öyrədəcək. Bu o deməkdir ki, istənilən təhsil müəssisəsi, biznes, dövlət qurumu süni intellektdən istifadə edə biləcək. Təsəvvür edin ki, sizin böyük bir arxiviniz var və orada 10 minlərlə sənəd yatıb qalıb. Süni intellekt Azərbaycan dilində anlasa, həmin sənədləri skan edib ona oxutmaq olar.

Hazırda Təhsil Nazirliyi ilə bu layihəyə başlamışıq. Əgər sənin ölkənin dilini süni intellekt tanımırsa, sən ondan ancaq rəqəmlər üçün istifadə edə bilərsən. Növbəti mərhələlərdə isə nitqin tanınması və yaxud daha ciddi yerlərdə süni intellektin tətbiqi məsələlərinə baxmaq olar”.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...