Süni adada 1,7 milyard dollarlıq kurort yaradılır

Date:

Paylaş:

Dubay “Burc əl-Ərəb” otelinin qarşısında iki süni adada 6,3 mlrd. dirhəm (1,7 mlrd. dollar) dəyərində kurort yaratmaq barədə planını açıqlayıb. 

TASS agentliyi xəbər verir ki, yeni yaradılacaq və “Marsa əl-Ərəb” (Ərəb estakadası) adlandırılacaq kurort sayəsində Dubayı il ərzində ziyarət edən turistlərin sayı 20 mln. nəfərə çatdırmaq planlaşdırılır.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dövlət informasiya agentliyinin məlumatına görə, “Marsa əl-Ərəb” 40 min kv. km sahəni əhatə edəcək və burada 140 bahalı villa ilə yanaşı, müxtəlif attraksionlar yer alacaq.

Dubay hazırda dünyanın önəmli turizm mərkəzlərindən olsa da, son dövrlər dolların məzənnəsinin möhkəmlənməsi bu ölkəyə turist axınını zəiflədib. Belə ki, BƏƏ-nin milli valyutası dirhəmin dollarla müqayisədə məzənnəsi dəyişməyib. Bu da turistlər üçün otel qiymətlərinin, ticarət mərkəzlərinin və milli aviasiya şirkəti “Emirates”in tariflərini bahalaşdırıb.

Buna baxmayaraq, ilin ilk rübündə Dubayı 4,6 mln. nəfər və ya keçən ilin analoji dövrü ilə müqayisədə 11% çox insan ziyarət edib. “Marsa əl-Ərəb” layihəsinin bu ilin iyun ayında başlayacağı və 2020-ci ilə tamamlanacağı gözlənilir.

© Report

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...