Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Süni ət istehsalçısı “Beyond Meat”-in səhmləri birjaya çıxma ərəfəsində 100%-dən çox artıb

Süni ət istehsalçısı “Beyond Meat”-in səhmləri birjaya çıxma ərəfəsində 100%-dən çox artıb

146
Paylaş

Kapitalizasiya 3 milyard dollara qədər artıb.

Süni ət istehsalçısı “Beyond Meat” BYND adı ilə birjaya çıxıb. Ticarətin başlanğıcında şirkətin aksiyaları 2 dəfədən çox artıb – əvvəlcədən bəyan edilən 25 dollardan 50 dollardan da çoxa qədər.

25 dollar dəyərində səhmlərə görə şirkət 1,46 milyard dollar dəyərləndirilib, ticarət başlayandan sonra onun kapitalizasiysı 3 milyard dollara qalxıb. “Beyond Meat” istehsalı artımaq, araşdırmanı inkişaf etdirmək və satışı genişləndirmək üçün 240 milyon dollar cəlb etməyi planlaşdırıb.

Rusiyanın, süni ətdən hazırlanan burgerlər barədə xəbər verən  WRF restoran holdinqində deyiblər ki,”Beyond Meat” “əti” xarici görünüşünə görə süni komponenetlərdən ibarətdir və dadına görə də heç də təbii ətdən fərqlənmir.

Bu şirkətin bir neçə böyük rəqibləri var, onların arasında ABŞ-ın Burger King restoranına süni ət verən “Impossible Foods” şirkəti də var. Şirkət hələ ki, gəlirsizdir: 2018-ci ilin doqquz ayı ərzində 56,4 milyon dollara 22,4 milyon zərər gəlib.