Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Sumqayıt məhkəməsi dondurma şirkətini cərimələdi

Sumqayıt məhkəməsi dondurma şirkətini cərimələdi

97
Paylaş

Sumqayıt Dövlət Yol Polisi Şöbəsi “AER Company Qrup” MMC barədə inzibati protokol tərtib edib.

Sumqayıt Şəhər Məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 347-ci (hüqiqi şəcsin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə yazılan protokola əsasən, şirkəti 300 manat cərimələyib.

Sumqayıt Şəhər Məhkəməsi i 29 iyul 2019-cu il tarixli qərarından şirkətin verdiyi şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb.

Hakim Fərmayıl Zeynallının sədrliyi ilə keçirilən prosesdə şikayətin təmin edilməməsi barədə qərar elan edilib.

Qeyd edək ki, 1998-ci ildən fəaliyyət göstərən və dondurma istehsalı ilə məşğul olan “AER Company Group” MMC olaraq məhsullarını “AER” ticarət nişanı altında müştərilərinə təqdim edir.