Şükranlıq və “Qara cümə” rekordu – 7,9 milyard dollar!

0
964

ABŞ-da Şükranlıq və “Qara cümə” günləri – noyabrın 23-24-də qeydə alınan online satışların həcmi açıqlanıb.

İKT.lent.az-ın xəbərinə görə, “Adobe Digital İnsights” tədqiqat şirkətinin hesablamalarına əsasən həmin günlərdə amerikalılar internet vasitəsilə 7,9 milyard dollarlıq mal alıblar. Bu, ötən ilin eyni günlərinin göstəricilərindən 17,9% çoxdur.

“Qara cümə”dən sonra gələn “kiber bazarertəsi” (Ciyber Monday) günü də ciddi satışlar gözlənilir. “Adobe Digital İnsights” bu gün 6,6 milyard dollar həcmində satış proqnozlaşdırır ki, bu da tarixi rekorddur.

“Criteo” marketinq şirkətinin məlumatına əsasən “Qara cümə” sifarişlərin 40%-i mobil telefonlar vasitəsilə həyata keçirilib, halbuki ötən il bu rəqəm 29% idi.

“Reuters” qeyd edir ki, bu il mağazalarda alıcı çılğınlığı daha az müşahidə olunub, baxmayaraq, ki, mağazalar böyük endirimlər, hədiyyələr və digər stimullaşdırıcı təkliflərlə çıxış ediblər. Bir çox alıcı bildirib ki, mağazalara mallara baxmaq və sonradan onları internet vasitəsilə sifariş etmək üçün baş çəkib.