Hyundai şirkəti yeni Prophecy elektrik avtomobilinin konseptini təqdim edib. O, adi sükan çarxının yerinə “joystick”lə idarə olunur. Bu barədə The Verge xəbər verir. Avtomobil “balaca” Porsche 911 və Tesla Model 3-ü xatırladır.
Bu avtomobilin fənərləri piksellər kimi görünür. Şirkət bildirir ki, avtomobildə sükan çarxının əvəzinə sürücünün oturacağının iki tərəfində joystick olacaq və avtomobil onunla idarə ediləcək.
Yeni konsept Cenevrə 2020 avtosalonunda təqdim edilib. Şirkət avtomobilin xarakteristikalarını və buraxılış tarixini açıqlamayıb.