“Ştutqart” şirkətin kredit şöbəsinin rəhbəri Vüsal Şirməmmədov müsahibə verib. O, sözügedən mağazalar şəbəkəsinin fəaliyyəti, keçirəcəyi kampaniyalar və ehtiyat hissələrinin kreditlə satışı barədə sualları cavablandırıb.
Vüsal Şirməmmədov bildirib ki , “BRAVO” hipermarketlərində ilk mağazaları mart ayının 15-də fəaliyyətə başlayacaq. Belə ki, ilk olaraq “BRAVO”-nun Koroğlu və 20 Yanvar filiallarında həm mağaza həm də servis xidmətləri açılacaq. Daha sonra isə tez bir zamanda “BRAVO”-nun digər filiallarında da “Ştutqart”mağazaları olacaq.
Qeyd edək ki, Ştutqart” Mağazalar Şəbəkəsi artıq 16 ildir ki, Azərbaycanda fəaliyyət göstərir. 2004-cü ildə əsası qoyulan “Ştutqart” müxtəlif növ avto ehtiyat hissələrini dünya ölkələrindən Azərbaycana gətirərək topdan və pərakəndə satışını həyata keçirməklə məşğuldur.