Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri “Ştutqart”ın “BRAVO” hipermarketlərdə mağazaları açılacaq

“Ştutqart”ın “BRAVO” hipermarketlərdə mağazaları açılacaq

98
Paylaş

“Ştutqart” şirkətin kredit şöbəsinin rəhbəri Vüsal Şirməmmədov müsahibə verib. O, sözügedən mağazalar şəbəkəsinin fəaliyyəti, keçirəcəyi kampaniyalar və ehtiyat hissələrinin kreditlə satışı barədə sualları cavablandırıb.

Vüsal Şirməmmədov bildirib ki , “BRAVO” hipermarketlərində ilk mağazaları mart ayının 15-də fəaliyyətə başlayacaq. Belə ki, ilk olaraq “BRAVO”-nun Koroğlu və 20 Yanvar filiallarında həm mağaza həm də servis xidmətləri açılacaq. Daha sonra isə tez bir zamanda “BRAVO”-nun digər filiallarında da “Ştutqart”mağazaları olacaq.

Qeyd edək ki, Ştutqart” Mağazalar Şəbəkəsi artıq 16 ildir ki, Azərbaycanda fəaliyyət göstərir. 2004-cü ildə əsası qoyulan “Ştutqart” müxtəlif növ avto ehtiyat hissələrini dünya ölkələrindən Azərbaycana gətirərək topdan və pərakəndə satışını həyata keçirməklə məşğuldur.