Əsas səhifə Biznes Biznes məqalələri Stressə “STOP” deyək!: şirkətlər dördgünlük iş həftəsinə keçirlər

Stressə “STOP” deyək!: şirkətlər dördgünlük iş həftəsinə keçirlər

454

Artıq bu addımı atmağa cəhd edənlər, məhsuldarlığın artmasını və iş heyətində motivasiya yüksəlişini müşahidə ediblər.

Həftədə 4 gün işləyib və sanki 5 gün işlədiyiniz kimi maaş almaq? Bu, həqiqətə uyğun olmaq üçün inanılmazdı. Amma dünya miqyasında bir çox şirkətlər öz fəaliyyətini artıq bu cədvəl üzrə qururlar. Sözsüz, belə iş rejiminin bir sıra özünəməxsus üstünlükləri var. Onlara əmək məhsuldarlığının artmasını, işçilər arasında motivasiya yüksəlişini aid etmək olar.

Yeni iş qrafikini sınamış və faydasını görmüş şirkətlərə Planio şirkətini və sığorta şirkəti olan Perpetual Guardian-ı misal göstərmək olar.

Hətta bunu da qeyd etmək lazımdır ki, Yaponiyada hökumət, Bazar ertəsi səhər saatlarında işçilərin gecikməsini təşviq etməyə başlayıb.

İngilis Həmkarlar İttifaqı Konqresi (TUC), bütün ölkənin bu əsrin sonuna qədər dörd günlük iş həftəsinə keçmələrini təkid edir. Bu fikir müxalifətin İşçi Partiyası tərəfindən də dəstəklənib.

“Artıq bir çox şirkətlər buna cəhd ediblər və bu addımın işçilərin məhsuldarlığına və rifahına müsbət təsir göstərməsini deyiblər”, – iqtisadi və sosial şöbənin rəhbəri olan Keyt Bell bu haqda öz fikrini bildirib.

ABŞ, Böyük Britaniya və Almaniya da daxil olmaqla, dünyanın 8 ölkəsində çalışan 3000-ə yaxın işçidən alınmış sorğu göstərib ki, respondentlərin demək olar ki, yarısı, bütün işlərini 5 saata asanlıqla tamamlaya bilərlər. Ancaq onların çoxu hələ də həftədə 40 saatdan artıq işləməyə davam edirlər. Bu respondentlərin 49% -ı normadan artıq işlədiklərini etiraf ediblər.

Rəy bildir

Please enter your comment!
Please enter your name here