Əsas səhifə Biznes Seçilmiş Stomotoloqlar üçün yeni onlayn platforma

Stomotoloqlar üçün yeni onlayn platforma

320
Paylaş

Floss Life  – ən son elmi kəşflərdən, sənayedəki son inkişaf və vasitələrindən xəbərdar olmaq istəyən diş həkimləri üçün yeni onlayn platformadır.

Stomatologiya sahəsində təcrübəli diş həkimlərinə olan tələbat hər zaman yüksək olub. Bu sektorda qalmaq və rəqabət aparmaq üçün həkim mütəmadi olaraq inkişaf etməlidir, təcrübə mübadiləsini həyata keçirməlidir, son inkişaflar və kəşflərdən xəbərdar olmalıdır.

Platformanın əsas məqsədi diş həkimləri üçün təcrübə və bilik mübadiləsini aparmaq imkanını yaratmaq,tərəfdaşları və əməkdaşları tapmaqda kömək etməkdir. Biz dünyanın hər yerindən nəşrlər toplayırıq, onları diqqətlə tərcümə etdikdən sonra isə mütəxəssislər ilə müzakirə edirik. Həmçinin, biz həkimlərdən ibarət professional bir ictimaiyyət yaratmaq üçün də çalışırıq.

Yaxın gələcəkdə biz qonaqlarımızüçün aşağıdakı imkanları yaratmaq istəyirik:

1.Stomatologiya sənayesində son xəbərləri öyrənmək, tədris materiallarındanistifadə etmək və yeni alətləri nəzərdən keçirmək imkanı.

2.Stomatologiya sahəsində baş verən offlayn və onlayn hadisələrdən xəbərdar olmaq (konfranslar, mühazirələr, vebinarlar).

3.İş və ya işçitapmaq.