“Niderland Krallığının istixana bağçılığı ilə məşğul olan “Stolze” şirkəti növbəti ildə Azərbaycanda dəyəri 3 milyon avro olan layihələrdə iştirak edə bilər”.
Bunu “Stolze” Qrupunun sahibi Teo Stolz (Theo Stolze) bildirib.
Onun sözlərinə görə, sözügedən məbləğ dəyərində layihələrin reallaşdırılmasına növbəti ildən başlanıla bilər:“Azəbaycanda müxtəlif şirkətlərlə əməkdaşlıq edirik”.
Şirkət rəsmisi, həmçinin əlavə edib ki, Rusiya, Özbəkistan və digər ölkələr ilə də əməkdaşlıqları mövcüddur: “Əməliyyatlarımızın 10%-ı Azərbaycanladır”.
Xatırladaq ki, “Stolze” şirkəti 1969-cu ildə təsis edilib və istixana bağçılığı sahəsində fəaliyyət göstərir. “Stolze” şirkəti istixana bağçılığı və digər müvafiq sənaye müəssisələri üçün bir çox milli və beynəlxalq layihələr həyata keçirib. İxtisas sahəsi avtomatlaşdırma, istilik, işıqlandırma, suvarma və yüksək təzyiqli sisləmə sistemləri, CO2 özündə birləşdirib.