Stiven Hokinq haqqında maraqlı faktlar

0
1336

Dünən dünyasını dəyişən ingiltərəli astrofizik Stiven Hokinq dünyanın fəaliyyətini maraqla izlədiyi azsaylı elm adamlarından biri idi.

– Stiven Hokinq 8 yanvar 1942-ci ildə Oksfordda dünyaya gəlmişdi. Qalileo Qalileyin ölümündən düz 300 il sonra.

– 22 yaşında Stivendə hərəkəti əlaqələndirən sinir hüceyrələrinin nadir xəstəliyi aşkar olunur. Birinci arvadı Ceyn ilə evlənməyə hazırlaşdığı dövrdə həkimlər onun çox yaşamayacağını proqnoz ediblər. Cütün ailə həyatı 26 il davam edib, onların 3 övladı doğulub.

– Məktəbdə Stiven orta səviyyədə oxusa da riyaziyyatda yaxşı nəticələr əldə edirdi və əlavə olaraq kimya ilə maraqlanırdı. 9 yaşında olanda onun dərslər üzrə qiymətləri sinifdəki ən bərbad qiymətlər idi. Buna baxmayaraq, müəllimlər onun dahiliyinə inanırdılar. Buna görə də məktəbdə o, “Eynşteyn” ləqəbinə layiq görülmüşdü.

– Stası istəyirdi ki, Stiven tibb ilə məşğul olsun. Lakin Stivenin biologiyaya həvəsi yox idi. O, biologiyanı həddindən artıq dəqiq olmayan bir elm hesab edirdi. Nəticədə o, Oksfordda hissəciklərin nəzəriyyəsi və kosmologiya ilə məşğul olmağa başladı. Belə ki, bu sahələr insanlar tərəfindən az öyrənilmişdi və böyük imkanlar vəd verirdi.

– Kral Cəmiyyətinin görüşündə Stiven birdən məşhur astrofizik Fred Hoylun mühazirəsini dayandırmışdır. O bunu Fredin səhv etdiyini söyləmək üçün etmişdi. Onun bu səhvi necə tapdığını soruşduqda isə belə cavab vermişdi: “Sadəcə olaraq mən bütün bunları başımda hesabladım”.

– 1970-ci illərdə Stiven öz əsas kəşflərini etmiş və bəlkə də kosmologiyaya ən vacib töhfəni vermişdi: Hokinq şüalanmalarının kəşfi (qara dəliklər enerji ifraz edir və həmin enerji bitənə qədər bu proses davam edir).

– 1980-ci illərdə Stiven professor Ceyms Hartle ilə birlikdə zaman və məkanda sərhədlərin olmadığı kainat modelini təqdim etmişdi. Həmin kainat konsepsiyası həmçinin Stivenin “Zamanın qısa tarixi” kitabında da əks olunmuşdu. Həmin kitab bütün dünya üzrə 25 milyonluq tirajla satılmışdı. Stiven kainatı Yer kürəsinə bənzədirdi. Belə ki, Yer kürəsinin hansı nöqtəsinə gedirsən get onun kənarı yoxdur. Lakin planet yalnız ikiölçülü fəzada, kainat isə dördölçülü fəzada mövcuddur.

– 1985-ci ildə Stiven pnevmoniya xəstəliyinə tutuldu. Onun vəziyyəti o dərəcədə ağır idi ki, həkimlər onun həyatı dəstəkləyən aparatla əlaqəsini dayandırmaq istəyirdilər. Həyat yoldaşı Ceyn bu fikirdən imtina etmişdi. Nəticədə Stivenin həyatını qurtarmaq üçün onun üzərində traxeotomiya əməliyyatı aparılmışdı. Bu əməliyyat nəticəsində o, danışa bilmək qabiliyyətini itirdi və həmin vaxtdan insanlarla səs sintezatoru vasitəsilə ünsiyyət saxlamağa başladı.

– 1995-ci ildə Hokinq ona baxan xadimələrdən biri ilə Elaine Mason adlı qadınla evlənir. Onlar 11 il evli olduqdan sonra boşanıblar.

– Stiven elm dünyasının pop-ulduzu hesab olunurdu. Müxtəlif vaxtlarda o, “Simpsons”, “Star Trek”, “Big Bang Theory” kimi layihələrdə iştirak etmişdi.

– Baxmayaraq ki, Stiven çoxlu sayda nüfuzlu elmi və ictimai mükafatlara sahibdir, sağ ikən Nobel mükafatını ala bilmədi. Oksfordda 30 il ərzində o, İsaak Nyutonun çalışdığı kafedrada çalışdı.

– 2007-ci ildə Hokinq iflic xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq, xüsusi təyyarədə yaradılmış çəkisizlik vəziyyətini sınayan dünyada ilk insan olub. Bundan sonra o deyib: “Bəşəriyyət kosmosa çıxmasa, gələcəyi olmayacaq”.

– Stiven Hokinq riyaziyyat və elm sahəsində bir çox mükafatlara layiq görülüb, 2009-cu ildə ABŞ prezidenti Barak Obama alimi Azadlıq Prezident Medalı ilə təltif edib.

– 2014-cü ildə St. James sarayında təşkil edilmiş xeyriyyə tədbirində Stiven Hokinq Britaniya kraliçası II Yelizaveta ilə görüşüb.

– 2014-cü ildə Stiven Hokinqin həyatından bəhs edən “Hər şeyin nəzəriyyəsi” adlı film çəkilib. Filmdə baş rolu aktyor Eddie Redmayn ifa edib.

– 2017-ci ildə Hokinq Honqkonqda auditoriya qarşısında holoqram texnologiyası vasitəsilə çıxış etmişdi. Alimin holoqram vasitəsilə çıxışı onun Kembric Universitetindəki iş otağından təşkil edilmişdi.

ikt.lent.az