Dünyanın ən böyük texnologiya şirkətlərinə baxdıqda hamısının maraqlı bir ortaq nöqtəsi olduğunu görə bilərik. Bu şirkətlər qurulduğunda heç kim onların nəhəng texnoloji şirkət olacağını düşünməzdi.
Stib Cobs, Bill Gates, Leri Peyc, Mark Zükerberq və digər nəhəng şirkət qurucularından heç biri imkansız olduğunu düşündükləri fikirlər qarşısında addım atmaqdan çəkinməyiblər və bu fikirlərin öncüllüyünü ediblər.
2007-ci ildə Stiv Cobs mobil telefon istehsal edəcəyini açıqladığında bir çoxları tərəfindən mənfi reaksiyalar almışdı. Ancaq o, inancından imtina etmədi. Texnoloji şirkət rəhbərlərindən biri Con Dvorak iphonela bu fikirləri söyləmişdi: “Apple-ın telefon istehsal etməsi çox mənasızdır. Dərhal bu fikirdən imtina etməlidirlər.”
Bu gün iphone istehsal edilən ən yaxşı texnologiya məhsullarından biridir. Bundan başqa Apple 2001-ci ildə ilk dəfə Apple mağazalarını təqdim etdikdə hər kəs şirkətin dəlilər tərəfindən idarə edildiyini düşünürdü ancaq elə olmadığı bəlli oldu.
Stanfor məzunları Leri Peyc və Sergey Brin 1998-ci ildə axtarış motorları üçün demək olarki, bütün investorları ziyarət etdilər. Ancaq onlara verilən tək cavab: “İnternetdə axtarış motoruna ehtiyac yoxdur” oldu. Daha sonra Andy Bechtolsheim adlı investor 100 min dollarlıq çek yazmağa razı oldu və Google fəaliyyətə başladı. 1999-cu ildə şirkətin səhmləri 8 faiz artdı. 2000-ci ildə Silikon Vadisində Adwords adlı bir startup yaradıldı. Axtarış motoru ilə reklam platformasını birləşdirən bir model idi. Reklam platforması ilə axtarış motorunun birləşib milyardlarla gəlir gətirəcəyi kimi ağlına gələ bilərdiki?
1980-ci ildə IBM-dən gələn mütəxəssislər gənc proqramçı olan Bill Gatesə fərdi komputerlərin əməliyyat sistemlərini istehsal etməsi sifarişini verdilər. Ancaq Bill Gates proqramlaşdırma dilləri üzrə mütəxəssis olduğu üçün bir başqa insana müraciət etdi. Problemi həll edə bilmədiyi üçün QDOS-a bənzəyən bir versiya yaratmağı 50 min dollar qarşılığında qəbul etdi. Microsoftun həmtəsisçisi bu yeni ideyanın ona aid olduğunu ancaq Windowsa çevrildiği üçün bir mənası qalmadığını bildirmişdi. Hazırda milyardlarla komputer Microsoftun əməliyyat sistemlərindən istifadə edilir.
Heç kimin sizə inanmadığı bir fikirlə insanların qarşısına çıxdığınızda Mark Zükerberq olacağınızı bilmədən, yalnız fikrinizə inanaraq və inancınızı dəstəkləyəcək qabiliyyətinizi inkişaf etdirirərək başlamaq dünyanı dəyişdirməyə başlamağın ən gözəl yolu olaraq görünür.