Steve Jobs-un qızıl qaydaları!

Date:

Paylaş:

Hə, mən marixuana çəkmişəm və LSD-nin dadına baxmışam. Və mən buna görə utanmıram.

Həyatımda bir çox qadın olub, lakin ailə qurduğum qadınlar onların hamısından üstündürlər.

Bəzən mənə küçədə müxtəlif insanlar yaxınlaşırlar. Onlar məndən pul istəyirlər, bəzən sadəcə çiynimdən vururlar və iPhone smartfonunu nə qədər çox sevdiklərini bildirirlər. Özümü çox yorğun hiss etdikdə, gözümü qırpmadan onların gözlərinə baxıram. Bu halda onlar bir neçə saniyə gözləyəndən sonra, küçənin o biri tərəfinə keçirlər.

Biz başqa insanların yetişdirdiyi ərzaqları yeyirik. Biz başqa insanların tikdiyi paltarları geyinirik. Biz başqa insanların yaratdığı dillərdə danışırıq. Düşünürəm ki, biz də bəşəriyyətə xeyir verməliyik.

Başqalarına nə etdiyiniz barədə tez-tez danışın. Əlbəttə ki, insanları bezdirmək də lazım deyil. Özündən razı görünməyə çalışmayın – bu, insanları qorxudacaq. Amma yenə də gördüyünüz işləri müzakirə etməyə utanmayın.

Mən – ildə 250 milyon dollar itirən insanlardan biriyəm. Bu, şəxsiyyəti formalaşdırmağa kömək edir.

Televizor sizin vaxtınızı öldürür və kütləşməyə gətirib çıxarır. Onu söndürün, və siz beyninizin bir neçə hüceyrəsini xilas etmiş olacaqsınız. Lakin ehtiyatlı olun – Apple kompüteri qarşısında da kütləşə bilərsiniz.

Vaxt var idi dostlarımın otağında yerdə yatırdım və pul qazanmaq üçün boş butulkaları satırdım. İndi, bir neçə milyardlıq səhm paketini alandan sonra, həyatım dəyişib. Həyatım dəyişsə də, mən özüm dəyişməmişəm.

Əgər fəaliyyət göstərdiyiniz sahədə inkişaf görmürsünüzsə, nə qədər ki gec deyil iş yerinizi dəyişin.

Həyatımızı mənalı, bizi isə məmnun edən tək şey – məqsədlərdir. Məqsədlər bizim sağlamlığımıza müsbət təsir göstərirlər və ən çətin anlarda həyatımıza optimistlik qatırlar.

Əgər Apple Pixar arasında seçim etməli olsaydım, keçmişə qayıdaraq hər şeyi tamamilə fərqli bir şəkildə qurmaq istəyərdim. Elə edərdim ki, hər iki şirkətə sahib olum.

Heç vaxt səhv etməyən müvəffəqiyyətli insan anlayışı yoxdur. Səhv etmiş, sonra öz səhvini düzəltmiş müvəffəqiyyətli insanlar var. Mən də bu insanlardan biriyəm.

Microsoft öz məhsullarının tərtibatına və inkişafına milyardlarla dollar pul xərcləyir. Buna baxmayaraq, onların hamısı Apple məhsullarının nüsxəsi kimi görünürlər. Əhval-ruhiyyəmi düzəltmək istəyəndə, özümə bu faktı xatırladıram.

Nə vaxtsa öləcəyimi çox yaxşı bilirəm və heç vaxt unutmuram. Bu mənə həyatımda çətin qərarları qəbul etməkdə kömək edir.

Mən işçimi işdən çıxarandan sonra, asanlıqla yenidən ona zəng vuraraq yeni layihəni müzakirə edə bilərəm. Mənim üçün keçmiş önəmli deyil, əsas indiki zamandır.

Əgər keçmişə qayıtsaydım, 25 yaşlı özümə deyərdim: “Axmaq müsahibələrə razı olma – sənin bu fəlsəfəli cəfəngiyata vaxtın yoxdur!”.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...