Biznes dünyasında mən müvəffəqiyyətin ən pik nöqtəsinə çatdım. Çoxları düşünür ki, mənim həyatım müvəffəqiyyətin özüdür.
Amma boynuma almalıyam ki, həyatda işdən başqa sevinc səbəbim o qədərdə çox deyil. Zənginlik sadəcə bir faktdır və mən artıq ona öyrəşmişəm.
Hal-hazırda, mən xəstəxanada yataqda uzanmışam və bütün həyatımı xatırlayıram. Mən indi başa düşdüm ki, həyatım boyu fəxr etdiyim sərvət və şöhrət, yaxınlaşan ölümün qarşısında əvvəlki əhəmiyyətini itirib.
Pulunuzdan istifadə edərək sizin ev işlərinizi və ya başqa nələrisə öz üzərinə götürəcək bir çox insan tapa bilərsiniz. Lakin, heç kim sizin xəstəlikləri öz üzərinə götürməz.
Maddi bir şeyləri biz hər zaman tapa bilərik, qazana bilərik. Yalnız bir şey var ki, onu itirdikdə heç yerdə tapa bilmirsən, oda həyatdır.
Özünüzü əzizləyin və başqa insanlara hörmətlə yanaşın.
Yaş ötdükcə ağlımız artır və artıq başa düşməyə başlayırıq ki dəyəri $30 və $300 olan saatların hər iksi eyni vaxtı göstərir.
Eynilə üstümüzdə götürdüyümüz dəyəri $30 və $300 olan cüzdanların hər iksinə eyni qədər pul yerləşir.
Hansı avtomobillə səyahət etdiyimiz vacib deyil – $150 000 minlik, yoxsa $30 000 minlik. Yol, məsafə və çatma məntəqəsi eynidir.
Hansı butulkanı içməyimiz fərq etmir – $300, yoxsa $10. Onun təsiri eyni olacaqdır.
Sahəsi 300 m2 və 3000 m2 olan evlərdə eyni dərəcədə tənhayıq.
Əsl xoşbəxtliyin maddiyatla heç bir əlaqəsi yoxdur.
Deməli…Əgər problemləri müzakirə edə biləcəyiniz biri varsa, bu əsl xoşbəxtlikdir! Ümid edirəm ki, bunu başa düşürsünüz.
Beş təkzibedilməz fakt:
- Uşaqlarınızı elə tərbiyə edin ki, onlar böyüyəndə zəngin yox, xoşbəxt olsunlar.
- Yeməyi dərman kimi qəbul edin. Əks halda isə dərmanınızı yemək kimi qəbul etməyə məcbur olacaqsınız.
- Sizi sevən insan heç vaxt həyatınızı tərk etməz. Hətta bundan 100% əmin olsa belə, qalması üçün bir səbəb tapar.
- İnsan olmaq və insanlığa sahib olmaq anlayışları arasında fərq var.
Əgər məqsədinizə tez çatmaq istəyirsinizsə, tək gedin!
Yox əgər uzağa getməyi planlayırsınızsa, birlikdə gedin!
Dünyanın ən gözəl altı həkimi
- Gün işığı
- İstirahət
- Səhər idmanı
- Pəhriz
- Özündən əminlik
- Dostlar
“Həyatınızın müxtəlif mərhələlərində bunlardan əl çəkməyin və sağlam həyatdan zövq alın”.