Stephen Hawkingin uğur hekayəsi

Date:

Paylaş:

İngiltərədə doğulan Stephen Hawking uşaqlıq illərini ailəsi ilə birlikdə Londonda keçirib. Çox sağlam və müvəffəqiyyətli bir şagirdlik həyatı olan Hawking 11 yaşına çatanda Londondan bir az uzaqda yerləşən St. Albansdakı bir məktəbə gedir. Bu məktəbdən məzun olduqdan sonra atasının da təsiriylə Oxford Universitetində təhsilini davam etdirir.

Hawkingin biologiya mütəxəssisi olan atası Frank Hawking də Oksford Universitetində təhsil alıb. Oğlunun da bu universitetdə təhsil almasını istəyirdi ancaq ailənin məhdud büdcəsi səbəbiylə Stephenin təqaüd imtahanını mütləq qazanması lazım idi. İki gün keçirilən imtahan on iki saatlıq nəzəriyyə və fizikadan tətbiqi testlərlə yanaşı həm də müsahibədən ibarət idi. Universitetdə dərs keçən təlimçilərin və dekanın etdiyi müsahibənin əsl məqsədi namizədləri daha yaxından tanımaqdı. Bu səbəblə məntiqli və ya məntiqsiz soruşulan bir çox suala tələbələrdən ağıllı cavablar verməsini gözləyirdilər. Stephen girdiyi nəzəriyyə imtahanlarından olduqca yüksək bal yığmış və müsahibədən də uğurla keçmişdi. Birinci kursda güzəştdən istifadə etmək hüququ əldə edən Stephen bir neçə ay sonra Oxford Universitetində qeydiyyatdan keçmək üçün dəvət edilir.

1962-ci ildə Oksforddan məzun olan Hawking araşdırmalar etmək üçün eyni ilin Oktyabr ayında Cambridge Universitetinə daxil olur. Albert Eynşteynin varisi və yaşayan ən böyük ağıl kimi göstərilən Stephen Hawkingin həyatındakı çətinliklər də elə bu dövrdən sonra başlayır.

Hawkingin Oxforddakı son zamanlarında çox kiçik əlamətlərlə özünü göstərməyə başlayan xəstəliyi Cambridgedəki ilk günlərində daha da inkişaf etmişdi. Hətta qavrama qabiliyyətini itirdiyini hiss edərək əlində tutduğu əşyaları yerə salırdı. Bu kiçik hadisələr əvvəllər görməməzlikdən gəlindi. Bəlkə də hər insanın edəcəyi adi axsaqlıqlar kimi düşünüldü. Ancaq bir müddət sonra vəziyyətin bu qədər sadə olmadığı aydın oldu.

Ailəsinin yanına getdiyi dövrdə ana və atası ondakı qəribəlikləri dərhal hiss edib xəstəxanaya aparırlar. Hələ 20 yaşlarında olan və o zamana qədər girdiyi hər imtahanda müvəffəqiyyət qazanan bu gənc üçün həyatını tamamilə dəyişdirməyə səbəb olan bir xəstəlik diaqnozu qoyulur.

Cambridgdə təhsilə başladığı zamanlarda bir tərəfdən araşdıracağı mövzularla beynindəki saysız və sonsuz sualların cavablarını tapmağa çalışır digər tərəfdən də yeni yeni özünü göstərməyə başlayan xəstəliyiylə məşğul olurdu. Həyatında hər şey yolunda gedərkən bir anda mənfiliklər özünü göstərməyə başlayır. Xəstəliyin təsir etdiyi ilk yer ağız və udlaq bölgəsi olur. Buna görə bəzən sanki sərxoş olmuş kimi danışmaqda çətinlik çəkir, heç cür söyləmək istədiyi sözləri söyləyə bilmirdi.

Hawking ALS (Amyotrofik Lateral Skleroz) adı verilən bir neyron xəstəliyinə tutulmuşdu. Stephen Hawkingin xəstəliyi son dərəcə ciddi, müalicəsi olmayan və yavaş yavaş bədəni məhv edən bir xəstəlik idi. Ancaq maraqlısı odur ki, beyni bu xəstəlikdən mənfi təsir almamışdı. Buna görə də durmadan düşünməyə, yeni nəzəriyyələr yaratmağa davam edirdi.

Yaşayan ən böyük nəzəri fizik Hawkingin tutulduğu ALS xəstəliyi mərkəzi sinir sistemində, onurğa iliyi və beyin sapı bölgəsindəki neyronların itkisi səbəbiylə ortaya çıxan bir xəstəlik idi. Bu neyronların qabiliyyətini itirməsi özü əzələlərdə gücsüzlüyə və hətta əriməyə gətirib çıxarır. Əzələlərdə zəiflik isə ilk etapda ağız və udlaq bölgəsinə təsir edir. Necə ki Hawkingin də ən tez zərər gördüyü orqanı dili oldu və məşhur fizik xəstəliyinin erkən mərhələsində danışıq qabiliyyətini itirməyə başladı.

Hawking həyat enerjisini və sevincini itirmişdi. Hər kəsdən uzaqlaşıb, tək başına qalmağı seçim edirdi. Bədənini yavaş yavaş çürüdən bir xəstəliyə tutulmaq düşüncəsi onu sürətlə depressiyaya salırdı. Belə bir dövrdə həyatının istiqamətini dəyişdirən, ən çətin anlarında belə yanında olan, həyatına işıq kimi doğan bir insan çıxır qarşısına.

Jane Wilde adındakı gənc qadınla aralarında sürətlə irəliləyən və evliliyə qədər gedən bir əlaqə başlayır. Stephen xəstəliyi səbəbiylə evliliyə yaxşı baxmırdı. Lakin Jane’in eşqi elə böyük idi ki, xəstəliyin gətirəcəyi hər cür çətinliyə sinə gərməyə hazır idi. Necə ki elə də olur. Jane az qala bütün həyatını Stephena həsr etmişdi. Yoldaşının bütün fərdi baxımını özü edir, yeməyini yedirir, ən vacibi isə onunla birlikdə olduğu üçün xoşbəxt olduğunu hiss etdirirdi. Jane Stephen ilə evli olduğu müddət ərzində üç uşaq sahibi olur.

Stephen mükafat aldıqca, dünyanın dörd bir tərəfində məşhurlaşmağa başladıqca qürur duyurdu. Janein bütün bu fədakarlıqları Stephen Hawkingin saysız-hesabsız mükafat almasına, bir çox kitab yazmasına kifayət idi. Yoldaşının köməyiylə təhsilini tamamlayıb professor olur.

Əgər təcrübi fizik olsaydı karyerası çoxdan bitərdi. Lakin nəzəri fizik olduğu üçün işlərini görməyə heç bir şey mane ola bilmir. Bir müddət sonra danışıq qabiliyyətini tamamilə itirir. Yazını səsə çevirən xüsusi bir kompüter sistemi sayəsində işlərini davam edir.

Bütün bunlara baxmayaraq bir tərəfdən xoşbəxt ailəsinin dadını çıxaran Hawking, digər tərəfdən də qara dəliklər üzərində işlərini davam etdirirdi. 1973-ci ildə kosmik klassik nəzəriyyələrini özündə əks etdirən The Large Scale Structure of Spacetime adındakı kitabı nəşr olunur. 1978-ci ildə isə fizika sahəsində ən nüfuzlu mükafatlardan biri sayılan “Albert Einstein Mükafatı” verilir. Stephen Hawking ilk kitabından sonra bir neçə kitab daha yazır. Kitabları 40 dilə çevrilərək milyonlarla oxucuya çatır. Həkimlər yalnız 2 il ömrü qaldığını söyləsələr də o, həyata elə meydan oxuyur ki, bütün hesablamaları rədd edir. 20 yaşlarında ortaya çıxan xəstəliyindən bu yaşına qədər bir çox nüfuzlu mükafatın sahibi olur.

Onu yaxından tanıyanlar nə qədər əyləncəli və yumor qabiliyyəti yüksək bir insan olduğunu söyləyirlər. “İnsanlara ruhları maneə olmadıqca fiziki maneələrin onları dayandıra bilməyəcəyini göstərmək istəyirəm” söyləyən və 45-50 kilo çəkisiylə başını belə tuta bilməyən iflic bir bədənin bütün dünyaya adını tanıtdırması, bir çox sahədə mükafat alması və bunları yalnız ağlı sayəsində etməsi əsl motivasiya mənbəyidir. Həyatda qeyri-mümkün bir şeyin olmadığının göstəricisidir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...