Böyük xəyallarla qurulan startupların əksəriyyəti ilk bir il içində uğursuz olur. İstər investor dəstəkli, istər öz yatırımınızla həyata keçirdiyiniz layihənin başlayan kimi bitməsini istəmirsinizsə aşağıdakılara diqqət edin.
1. Ümidini itirmək
Bir startupın uğurlu ola bilməsində rol oynayan ən böyük faktor layihəyə olan inancdır. Ümidini itirməyə başlayan bir layihə uğursuz olmağa və bitməyə çox yaxındır.
2. Hər şeyin mükəmməl olmasını istəmək
Layihənin hər mərhələsinin qüsursuz olmasını istəmək edilən ən böyük səhvlərin başında gəlir. Qüsursuz olmağa inandıqca yaşanan ən kiçik problem belə motivasiyanın düşməsinə və ümidinizi itirməyə səbəb olur. Birinci maddədə də göstərdiyimiz kimi ümidinizi itirmək ən təhlükəli amildir!
3. Tutmuş layihəni təkrar etmək
İnsanların həyata və məhsullara olan dünyagörüşü zamanla dəyişir. Bu səbəblə keçmişdə müvəffəqiyyətli olmuş bir layihəni həyata keçirib “bir dəfə tutdu, yenə tutar” şəklində düşünmək layihənin uğursuz olmasına səbəb ola bilər.
4. Rəqabətdən qaçmaq
Yeni bir layihə yaratmaq bir startup layihəsini, digərlərindən ayırır və müvəffəqiyyətə yaxınlaşdırır. Ancaq bunun bir sərhədi var. Rəqibsiz olmaqdan ötrü çox niş bir sahə də seçmək müvəffəqiyyət ehtimalını aşağı salır.
5. Uzağı görə bilməmək
Yaxşı və yeni bir layihə həyata keçirmək hələ hər şey demək deyi. Bunlarla yanaşı sizin gələcəkdə yaşana biləcək problemləri aradan qaldırmağınız üçün bir qədər uzaqgörən olmağınız da lazımdır. Layihənin planını gələcəkdə yarana biləcək problemlər üzərində qurmaq lazımdır. Məsələn bir startupın yaşaya biləcəyi ən ciddi problem sərmayənin yetməməsi ola bilər. Buna görə ehtiyatda daim vəsait saxlamaq lazımdır.
6. Komanda ola bilməmək
Şirkət işçiləri tək bir ruh olub layihəni böyütmək əvəzinə öz maraqlarını güdürlərsə şirkətin fiyaskoya uğraması yaxındadır.
7. İş və şəxsi həyat tarazlığını qura bilməmək
İşçilərin şəxsi və iş həyatı arasındakı tarazlığı qorumaları üçün imkan təmin etməyən şirkət müvəffəqiyyətsiz olur. Çünki əksər işçilər belə olduğu halda işə qarşı sevgini itirirlər.