Əsas səhifə Biznes Seçilmiş Startup: mini-inək

Startup: mini-inək

639
Paylaş

Son onilliklər ərzində ətrafımızda olan hər bir şey dəyişilib. Hər birimizin cibində bütün bəşəriyyətin tarixinə çıxışı təmin edən bir cihaz var. Biz insanları Marsa göndərməyi planlayırıq. Neyroşəbəkələr rəsmlər çəkilər. Lakin inəklər artıq 12 ildir ki dəyişilməz formada qalmaqdadır. Bununla bağlı hər hansısa tədbir görülməlidir.

İnəkləri, ev pendirini və ya südünü nə qədər çox sevsəniz belə, siz böyük şəhərdə bu gözəl heyvanı saxlaya bilmərsiniz. Mini-inəklər bizi bu işdə xilas edəcəklər.

Artıq siz inək saxlaya və onu dostlarınıza hədiyyə edə bilərsiniz. İnanın ki, bu, ən qeyri-adi və unudulmaz bir hədiyyə olacaq.

Müasir dövrdə kimsəni balıq akvariumu ilə təəccübləndirmək çox çətindir. Təsəvvür edin ki, sizin dostlarınız evinizdə mini-inəyinizi görsələr necə təəccüblənə bilərlər?

Startup və innovasiya mobil proqram olmadan mümkün ola bilərmi? Təbii ki, yox. Hər bir mini-inəyin içində xüsusi qurğu yerləşdirilib. Bunun vasitəsi ilə siz inəklərin sağlamlığına, nəbzinə, yuxuya və südün miqdarına nəzarət edə bilərsiniz. Proqram sizə bu barədə xəbər edəcək.