Əsas səhifə Məqalələr Fərdi inkişaf Startapların inkişafı üçün beş məsləhət

Startapların inkişafı üçün beş məsləhət

66
Paylaş

Biznesə yeni başlayan sahibkarların əsas hədəflərindən biri də şirkətlərinin inkişf məsələsi olur. əminliklə deyə bilərik ki, startapların mütləq gələcəyi olmalıdır. Amma bu bir saatın içində əldə ediləcək bir uğur deyil, belə ola da bilər, amma çox istisna hallarda. Bu istiqamətdə bölüşə biləcəyimiz təcrübələr də var. Gəlin onlardan bəziləri ilə tanış olaq:

“Öz” adamlarınızı işə götürün

Biznesin inkişaf etdirilməsi haqqında düşünməzdən öncə yekdil fikirli bir komanda təşkil etməliniz və əmin olmalısınız ki, ora daxil olan mütəxəssislər sizə gələcəkdə tərəqqiyə kömək edə biləcək adamlardır.

Kiçik biznesinizin ətrafında doğru oyunçular dolaşmalıdırlar. Onlar əsasdırlar. Düzdür məhsul da əsasdır, amma məhsul xidmət deməkdir və onun da arxasında sözsüz ki, insanlar dayanır.

Ona görə də biznesə elə adamlarla başlamaq lazımdır ki, daim qollarını çırmalayıb işə başlmağa hazır olsunlar və lüğətlərində “ bu iş mənlik deyil” sözü olmasın.

Amma bu məqamda da tiranlıq göstərmək olmaz, adamlarınızı komfort zonasında buraxmalısınız. Bu, kollektivlərin 90%-də işləyən dividend bir siyasətdir.

Reqlament və dedlayn (hədəflənən bitmə tarixi) köməyi ilə iş qurun

Strataplar üçün güvənilən əsas əməkdaşlarla mütəxəssislər fərqli anlayışlardır. Bundan başqa, maliyyə məsələlərində 100% güvən olmur. Məsələn, siz mühasib kimi güvəndiyiniz birisini işə ala bilərsiniz və bir gün onun sizi aldadaraq pulları qarət etdiyinin şahidi olarsınız. Bunun ardınca isə şirkətlə bağlı digər artan problemlərlə də üzləşəcəyiniz istisna deyil (məsələn, cərimə ödəmək). Mühasibatlıq işi şirkətlərdə daim hesabat aparılmasına ehtiyac duyan bir tərəfdir. Ona görə də bu məqamda güvəndiyiniz insanla kifayətlənməyib biznesə strateji yanaşmlısınız və bu da şəffaflığın yaradılması üçün dəqiq reqlament qaydaları  və hesabatların köməyi ilə mümkündür.

Biznesinizə yatırım edin

Aydın məsələdir ki, biznesin başlanğıcında sizin ya heç gəliriniz olmayacaq ya da çox az olacaq. Ona görə də məsləhətdir ki, nə qazanırsınızsa onu yenə də biznesə yatırasınız. Bir çox startaplar məsələn, ilin sonunda səhmdarlara, sahiblərinə və CEO-lara ödəmək üçün dividendlər götürürlər.

Güclü tərəflərinizə yönəlin

Bazar üçün başqalarında olmayan nə təklifləriniz var? Məhz onlara diqqətinizi yönəldin və daha da təkmilləşdirin. Bu zaman müştərini də unutmamalısınız, yəni nə edirsinizsə onlar üçün edirsiniz.

Biznesinizin məhz müştərilər tərəfindən qəbul edilməsi onun real şəkildə inkişafına ya da məhvinə səbəb ola bilər. Əgər keyfiyyətli məhsul və ya xidmət təqdim edib müştərilər tərəfindən təriflərə tuş gəlsəniz, onlar sizin barənizdə hamıya daha da tez məlumat verəcəklər. Biznesinizin inkişafı müştərilərin sizinlə işləməkdən və məhsullarınızdan nə dərəcədə məmnun qalmalarından birbaşa asılıdır.

Fərqli məhsullar və xidmətlər təqdim edin

Biznesinizin spesifikliyindən asılı olmadan siz daha bir əlavə məhsul da sata bilərsiniz.

Məsələn, internet-ekvayrinq (POS-terminal) xidməti göstərib, bundan başqa bulud onlayn-kassa icarəsi xidməti də təklif edə bilərsiniz.

Startapın tərəqqisi çətin bir prosesdir, o, vaxt, səbr və yolunuzda qarşınıza çıxan çətinliklərə qarşı dayana bilmək bacarığı tələb edir. Potensialınızı tam olaraq göstərmək üçün inkişaf vacibdir.