Əsas səhifə Satışda olan bizneslər Xidmət Startaplar mebel kirayəsi xidməti həyata keçirəcəklər

Startaplar mebel kirayəsi xidməti həyata keçirəcəklər

76
Paylaş

Milleniallar genişhəcmli əşyalar almaq və ya ağır mebellər daşımaq istəmirlər. Startaplar isə bundan yararlanaraq qazanc əldə etməyə başlayıblar, The Associated Press yazır.

Müasir gənclər ailə qururlar və yaşlı nəsildən daha çox bir yerdən başqa yerə köçürlər. ABŞ-da isə hələ sonradan daşınmaz əmlak alırlar. Gen Z Planet”in qurucusu Ben-Şabatın sözlərinə görə, gənc nəsil “ yaşayışa nəsə müvəqqəti bir şey kimi baxır”.

“Onlar tez-tez köç edirlər, tez-tez işlərini dəyişirlər. Özlərini niyə də mebellə yükləsinlər ki? – deyə, Uorton biznes məktəbinin marketinq üzrə professoru Tomas Robertson bildirir.

Həll yolu isə startaplardan gəlib:  Feather, Furnish və digər bu kimi şirkətlər milleniallara mebelləri kirayəyə götürməyi təklif edirlər.

Oların müştəriləri əsasən, IKEA  mebellərindən baha olan mebelləri kirayəyə götürə bilən və götürmək istəyən pullu şəhərlilərdir. Məsələn, 1100 dollara olan narıncı kreslonu aylıq 46 dollara kirayəyə, 980 dollar qiyməti olan dəri divanı isə aylıq 41 dollara kirayəyə götürmək olar.

Bəzi şirkətlər adamsayına görə pul alırlar, gecikmiş ödənişlərə və ya mebelin korlanmasna görə yığımlar da var. Əgər aylıq ödənişlər tam qiymətə gəlib çatsalar müştəri mebel predmetindən özü üçün götürüb saxlaya bilər.

Mebel kirayəyə götürmək xidməti – əşyaları kirayəyə götürmək və onlara abunə olmaq trendinin bir hissəsidir. Netflix və Spotify-la ayrı-ayrı filmləri və albomları almaya bilərsiniz , Rent the Runway brend geyimlərə yazılma xidmətini təqdim edir və artıq mebelləri də  almadan kirayəyə götürmək mümkündür.

Hələ ki, mebel kirayəsi üzrə xidmət göstərən startaplar ancaq ABŞ-ın bəzi şəhərlərində fəaliyyət göstərirlər, amma qlobal bazar perspektivləri də var. Artıq IKEA  da İsveçrə və Belçikada öz mebel kirayəsi xidmətini sınaqdan keçirir. Bu  il şirkət Rusiyada mebel kirayəyə verməyə başlamağı planlaşdırıb. Belə gözlənilir ki, bu xidmət ətraf mühitə təsiri azaldacaq və məhsulların davamlılığını artıracaq.