Avtomobil satışı şirkəti Fair.com 2019-cu ilin iyununda ən yaxşı korporativ mədəniyyətə görə mükafat alıb. Inc.com xəbər verir ki, son həftədə 500-ə yaxın əməkdaşı işdən kənarlaşdırıb.
Şirkətin həmtəsisçisi və baş direktoru TechCrunch-a bildirib ki, bu addım şirkəti daha da gəlirlri etmək üçündür.
Qovulmalar barədə qərar poçt vasitəsilə göndərilib və orada deyilib ki, “Fair”, az amma yaxşı işlər görəcək kiçik bir komanda olacaq.
Qeyd edək ki, şirkətin baş direktorunun işdən çıxardıqları arasında onun öz qardaşı da var.