“Starbucks” ın rəqibi ABŞ-da IPO edəcək

Date:

Paylaş:

Çinin “Luckin Coffee” qəhvə şəbəkəsi, cari ilin may ayında IPO -ya keçmək məqsədilə ABŞ-ın qiymətli kağızlar və birjalar Komissiyasına (SEC) lazımi sənədləri təqdim edib. Bu haqda Reuters agentliyi xəbər verir. Eyni zamanda, şirkət satışa çıxaracağı səhmlərin sayına dair heç bir açıqlama vermir, yerləşdirmənin həcmini 100 milyon ABŞ dolları təşkil edəcək. Agentliyin sözlərinə görə, “Luckin Coffee” 500 milyon dollardan 800 milyon dollara qədər sərmayə cəlb etməyi planlaşdırır.

“Luckin Coffee” qəhvə şəbəkəsi 2017-ci ildə Çində yaradılmışdır. Hal-hazırda şəbəkə ÇXR-in 28 şəhərində fəaliyyət göstərir. 2019-cu ilin sonuna qədər şirkət daha 2 minə yaxın qəhvəxana açmaq niyyətindədir. Bu halda “Luckin Coffee” rəqibi “Starbucks” şəbəkəsini ötüb keçərək, bazarın liderinə çevriləcək. Qeyd etmək lazımdır ki, Çinin şirkəti qurulduğu gündən etibarən mənfəət almır. 2018-ci ilin sonunda səhmdarlar üçün xalis zərər 475,4 milyon dollar təşkil edib. Ötən həftə keçirilmiş maliyyə raundunda “Luckin Coffee” 2,9 milyard dollar dəyərində qiymətləndirilmişdir. IPO-ya keçməyi planlayan şirkət 4-5 milyard dollar səviyyəsinə qalxmağı planlayır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...