19 Maydan etibarən hər kəs Starbucks şəbəkəsinə aid kafelərdə hətta heçnə almadan istədiyi qədər otura bilər. Əvvəllər işçilərə heçnə almayan və ya uzun müddət oturan şəxslərdən kafeni tərk etməyi tələb etmək icazəsi verilirdi. Qeyd edilən dəyişikliklər barədə Associated Press məlumat verib.
Həmçinin, Starbucks çek təqdim etmədən kafelərin ayaq yolundan istifadə etmək imkanı yaradıb.
Qeyd olunan dəyişikliklərə əsas Filadelfiya ştatında baş verən insident səbəb olub. Menecer heçnə almayan 2 qaradərilini qovmaq üçün polis çağırmışdır.