Amerikanın “Starbucks” kafelər şəbəkəsi ABŞ-da özünün ən böyük binasını açır. Bu barədə Bloomberg, şirkətin baş direktoruna istinadən xəbər verir. Bura həm kafe həm də mağaza olacaq və Çikaqonun ən bahalı ticarət rayonlarından birində beşmərtəbəli bina kimi fəaliyyət göstərəcək.
Bu “Starbucks”-un altıncı belə iri qurumudur. Qalan beşi daha keyfiyyətli məhsulların və yeni içkilərin, həmçinin, qida məhsulları və hətta kokteyllərin sınağı üçün meydan rolunu oynayır.
Çikaqodakı kafe noyabrın 15-i fəaliyyətə başlayacaq. Burada yeni məhsullar təqdim ediləcək – 230 qramına görə 40 dollara olan kofe dənəli viski, qaymaqlı-qozlu latte və dondurma.