“Spotify” öz podkastlarında hədəf reklamı yerləşdirmək üçün istifadəçi məlumatlarından yararlanmağı düşünür. Bu barədə şirkətə istinadən The Verge xəbər verir.
Xidmət reklamı real vaxt rejimində yerlışdirəcək. Bu zaman o, istifadəçinin olduğu yerə, cihazın növünə, yaşa və digər məlumatlara əsaslanacaq. İstifadəçilər eyni Spotify podkastını dinləyərkən müxtəlif reklamlar eşidəcəklər.
Bundan başqa, reklamçılar reklamlar, məsələn, dinləmələrin sayı barədə daha ətraflı məlumatlar əldə edəcəklər. Layihənin nəticələrindən asılı olaraq Spotify başqa istehsalçıların da podkastlarında reklam yerləşdirməyə başlaya biləcək.
Qeyd edək ki, hədəf auditoriya reklamı, yüklənmiş podkastlarda işləməyəcək, çünki bunun üçün serverə bağlanmaq lazımdır.