Spotify, Google, Pandora və Amazon şirkətləri, Amerika Şurasının 2018-ci ilin yanvar ayında qəbul etdiyi qərarı ilə bağlı şikayət ediblər. Xatırladaq ki, qeyd olunmuş tarixdə Amerika Şurası striming xidmətlərindən musiqiçilərin ödənişlərini 44% artırmaq tələbi ilə çıxış edib. Bu barədə Variety yazır.
Şuranın “mexaniki” qərarı Spotify, Google və Pandora şirkətlərinin bəyanatına əsasən prosessual və mənəvi baxımdan şübhə doğurur. Onlar elə hesab edirlər ki, qərar qüvvədə qaldıqda həm lisenziya, həm də musiqi hüquqlarının sahibləri zərər görəcəklər.
Şuranın fikrincə, musiqiçilər xidmət gəlirlərinin 10.5% -ni deyil, 15.1% -ni almalıdırlar, WSJ qeyd edir.
“National Music Publishers Association” birliyinin rəhbəri David Israelite hesab edir ki, striming xidmətlərinin qəbul edilmiş qərarla razılaşmaması “musiqi müəllifləri ilə müharibə” nin başlanğıcından bəhs edir. “Bu texnoloji xuliqanlar musiqiçilərə hörmət etmirlər və heç bir ictimai jest bunu gizlətmək qabiliyyətinə malik deyil”, – deyə David Israelite əlavə edir.
Apple Music apelyasiyaya qoşulmaqdan imtina etmişdir. “Biz mübarizə apararaq, Şuranın qəbul etdiyi qərarı müdafiə etməliyik”, – Israelite deyib.
2019-cu ilin fevralında 13 il ərzində ilk dəfə olaraq Spotify öz gəlirləri barədə məlumat vermişdir. 2018-ci ilin dördüncü rübündə şirkət 107 milyon dollar mənfəət qazanıb, bu, 96 milyon nəfərin qoşulduğu ödənişli abunələr sayəsində mümkün olmuşdur.