Spotify istifadəçilərlə bağlı razılığa əlvələr edib – yeni qaydalara görə, xidmət tədricən ailə qeydiyyatı olan istifadəçilərindən eyni ünvanda yaşadıqlarını təsdiq etmələrini tələb edəcək. Bu, ilk olaraq Cnet qəzetinin diqqətini çəkib.
Şirkət razılıq şərtlərini avqust ayında yeniləyib. Ailə qeydiyyatı olan istifadəçilər və xidmətə qoşulan iştirakçılar artıq Google Maps vasitəsilə öz ünvanlarını təsdiqləməlidirlər.
Spotify mütəmadi olaraq, “yaşayış ünvanı”larının təkrar yoxlanışını həyata keçirəcək. Əgər istifadəçi ailə qeydiyyatını aparanla eyni ünvanda yaşadığını təsdiq edə bilməsə xidmət onun ya həmin qeydiyyat fəaliyyətini dayandıracaq, ya da hesabını blok edəcək. Qeyd edək ki, şirkət yoxlamaları hansı zaman tezliyində aparacığını bildirməyib.
Şirkət eyni zamanda, istifadəçilərin yerləri və ünvanları ilə bağlı məlumatların üçüncü bir şəxsə ötürülməməsini təmin edəcəyini də deyib.
Spotify şirkəti bu xidmətin köməyi ilə sistemdən sui-istifadə edib, qeydiyyata düşmək üçün pula qənaət etməy