“Bizplus.az” “Sputnik Azərbaycan” – istnadla bildirir ki, ötən ilin yekunlarına görə, Azərbaycanda spirtli içkilərin bütün növlərinin istehsalı nəzərəçarpacaq dərəcədə artıb. Lakin bu, heç də o demək deyil ki, əhali kütləvi surətdə spirtdən istifadə etməyə başlayıb.
Ötən il, həmçinin şampan istehsalı da 2,6 dəfə artıb. Likör istehsalında isə artım 2,2 dəfə olub. Araq istehsalında 85,5%, şərabda 48,9%, pivədə 11%, alkoqolsuz içkilərdə isə 23,4% artım qeydə alınıb.
Bununla belə, 2018-ci ildə araq, şərab və konyak istehsalında nəzərəçarpacaq artımın müşahidə edilməsinə səbəb ölkəyə spirtli içkilərin gətirilməsinə tətbiq edilən məhdudiyyətlər və bu qəbildən olan məhsulların dünya bazarına ixracının artmasıdır.
2018-ci ilin yekunlarına görə, ixrac olunan spirtli və alkoqolsuz içkilərin həcmi 16,249 milyon dollar və ya 2017-ci illə müqayisədə 5,674 milyon dollar, yəni 25,9% az olub.
Eyni zamanda, işgüzar dairələr ölkəyə 85,623 milyon manatlıq spirtli və alkoqolsuz içkilər idxal edib. Bu isə 2017-ci illə müqayisədə 18,811 milyon manat, yaxud 28,2% çoxdur.
Azərbaycanlıların sağlamlığından narahat olmağa dəyməz. Çünki absurd görünsə də, spirtli içkilərin istehsalında nəzərəçarpacaq artım heç də təkcə sahibkarların fəaliyyətinin nəticəsi deyil.
Deməli, spirtli içkilər bazarındakı hazırkı vəziyyət təkcə azərbaycanlıların alkoqol istehsalını çoxaltmasının və yerli biznesmenlərin istehsalı artırmasının nəticəsi deyil. Sadəcə, spirtli içkilərin qaçaqmalçılığına qarşı mübarizənin sərtləşdirilməsi və aksiz markalarına nəzarət ölkədə alkoqollu məhsul istehsalı, idxal və ixracla bağlı real rəqəmlərin əldə edilməsinə səbəb olub.
2018-ci ildə buraxılan alkoqollu içkilərin göstəriciləri belədir (min dekalitrlə): şampan şərabı – 3,1; araq -1019; brendi – 27,7; üzüm şərabı – 1500; pivə – 4647; likör – 206,8.