SpinLaunch startapı katapulta tikintisinə 35 mln. dollar cəlb edib

Date:

Paylaş:

Amerikanın SpinLaunch startapı kosmosa yük göndərilməsini təmin edəcək katapultaların inşasına 35 mln. dollar cəlb edib. Bu barədə şirkətə istinadən TechCrunch xəbər verir.

Maliyyələşmə raunduna əvvəlki investorlar Airbus Ventures, GV Alphabet və Catapult Ventures-in iştirakı ilə KPCB, Lauder Partners, John Doerr və Byers Family rəhbərlik ediblər.

Cəlb olunan vəsaiti şirkət, Lonq-Biçdə elmi-araşdırma mərkəzi və əsas ofisin tikintisinə, həmçinin, Nyu-Meksikadakı Spaceport America kosmoportunda uçuş sınaqlarının başa çatdırılmasına xərcləyəcək.

SpinLaunch-ın ideyası gəmini atmosferdən “fırlanma sürəti metodu ilə” çıxarmaqdan ibarətdir. Raket lazımi sürəti yığmaq üçün mərkəzdə 8000 km/saat sürətlə fırlanacaq.

Şirkət təsdiqləyir ki, kinetik sistem çoxlu miqdarda yanacaq tələb edən raket buraxılışında qənaətə gətirib çıxaracaq. Bir yük göndərişi 500 min dollar edəcək, şirkətin baş direktoru söz verir.

Qeyd edək ki,  SpinLaunch 2018-ci ilin iyununda Alphabet, Kleiner Perkins Caufield & Byers və Airbus Ventures-dən 40 mln. dollar cəlb edib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...