“SpaceX” şirkəti “Starship” raketinin prototiplərini hazırlayır

Date:

Paylaş:

ABŞ-ın “SpaceX” şirkəti “Starship” raketinin Cənubi Texasda yerləşən zavodda 100 nəfərlik sərnişin tutumuna malik kiçildilmiş prototipini hazırladıqdan sonra Floridanın kosmik sahillərində istehsal və işləmələr üzrə analoji işlərə başlayıb. Şirkətin təsisçisi və baş direktoru İlon Mask bu həftə raketin eyni anda Texas və Floridada yeni versiyalarının hazırlanmasını təsdiqləyib.

“Starship” çoxdəfəli raketi insanların Ay, Mars və kosmosun digər ucqar yerlərinə çatdırılması üçün nəzərdə tutulub. Nəqliyyat vasitəsinin çoxistifadəli “Super Heavy” raketdaşıyıcısı vasitəsilə buraxılması nəzərdə tutulur. “Starship” və “Super Heavy” raketlərində növbəti nəsil “Raptor” mühərrikindən istifadə ediləcək. “Starship” raketi 7, “Super Heavy” isə 31 belə mühərriklə təchiz ediləcək. Hazırda şirkət “Raptor” mühərrikinin dördünü hazırlayıb. Beşincisi şirkətin Kaliforniyada yerləşən mənzil-qərargahında hazırlanır. İ.Maskın “Twitter” səhifəsində verilən məlumata görə, 100-cü “Raptor” mühərriki 2020-ci ilin əvvəlində hazır olacaq.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...