Elon Musk-ın SpaceX şirkəti öz əməkdaşlarına Zoom videokonfranslar tətbiqindən istifadəni qadağan edib. O, bu addımını xidmətin işindəki təhlükəsizlik və gizlilik problemləri ilə izah edib.
SpaceX işçilərinə elektron məktub göndərərək şirkətin “Zoom”a girişinin dərhal dayandırıldığını bildirib:” Biulirik ki,çoxumuz bu alətdən konfranslar və yığıncaqlar üçün istifadə etmişik. Zəhmət olmasa, artıq alternativ ünsiyyət vasitələri olaraq mətn mesajlarından və telefon zənglərindən istifadə edin”.
Bu barədə Reuters məlumat verir.
Qeyd edək ki, The İntercept saytının məlumatına görə, Zoom”da iştirakçılar arasında keçirilən konfranslar şifrələnmir və buna görə də şirkətlər onları izləyə bilir. Bəzi anonim şəxslər isə burda keçirilən toplantılardan ticarət məqsədilə də yararlanırlar.