Daşıyıcı raket Falcon 9, 22 fevral tarixində Floridadakı kosmodromdan müvəffəqiyyətlə start verib.
Falcon 9 orbitə Nusantara Satu əlaqə peykini və İsrailin Spacell şirkətinə məxsus olan “Bereşit” adlı ay aparatını buraxıb. Plana görə, aparat 2019-cu ilin aprel ayında Aya çatmalıdır.
Missiyanın uğurlu başa çatdığı təqdirdə, İsrail dövləti Rusiya, ABŞ və Çindən sonra Ay üzərinə kosmik aparat yerləşdirən dünyada dördüncü ölkə olacaq. CNBC-nin verdiyi məlumata görə, “Bereşit” Yer kürəsinin peykində olmuş ilk özəl missiya olacaq.
Falcon 9 raketinin ilk pilləsi, Atlantik okeandakı “Mən hələ də səni sevirəm” (Of Course I Still Love You) adlı platformaya enmişdir. Raket üçün bu artıq üçüncü startdır. Şirkətin rəhbəri olan İlon Mask, raketdən 2019-cu ilin aprel ayında dördüncü dəfə istifadə edəcəyini vəd edib.