Yaponiyalı milyarder Yusaku Maezawa özünün Zozo onlayn geyimlər mağazasına nəzarəti Yahoo Japan-a satmaq barədə razılığa gəlib. Bu haqda, sahibkarın bildirişinə istinadən Bloomberg yazır.
Maezawa şirkətə səhmlərin 30,4%-ni 3,72 milyard dollara satıb baş direktor vəzifəsini də tərk edəcək. Əməliyyatdan sonra Zozo yeni məhsul yaratmaq üçün vəsait əldə edəcək. təfərrüatlar isə açıqlanmır. Bundan başqa, Zozo beynəlxalq ekspansiyaya vəsait əldə edəcək. Bunu Ichiyoshi Asset Management konsaltinq şirkətinin rəhbəri Mitsushige Akino belə hesab edir.
Əməliyyatdan sonra hər iki şirkətin səhmləri belə bir artımı göstərib : Yahoo Japan-ın səhmləri 2,35% artaraq hər səhmə görə 2,8 dollara, Zozo-nun səhmləri isə 13,4% artaraq hər səhmə görə 22,8 dollara çatıb.
Maezawa, Zozo-nu 2004- cü ildə açıb. Mağaza alıcılara sifarişlə paltar tikir. Maezawa özü isə Elon Musk-un SpaceX-nin ilk kosmik turistidir.Uçuş 2023-cü ildən tez olmayacaq.