SpaceX 250 mln. dollar cəlb etməyi planlaşdırdığını bildirib. Bu barədə CNBC xəbər verib.
İnvestorların adları açıqlanmır. Ötən il ərzində şirkət üç raundda 1,3 mlrd. dollar cəlb edib.
Yeni raund olacağı təqdirdə sözügedən şirkətin dəyəri hazırki 33,3 mlrd. dollardan 36 mlrd. dollara qədər artacaq. CNBC məlumat verir ki, SpaceX raundu martın ikinci həftəsindən tez bağlamayacaq.
Şirkət CNBC-nin sorğusunu cavabsız qoyub. Nəşriyyat qeyd edir ki, bazarda vəziyyət dəyişəcəyi halda müqavilənin şərtləri də dəyişə bilər.
Bildirək ki, SpaceX cəlb edəcəyi vəsaiti Crew Dragon, Starlink və Starship layihələrinə yönləndirəcək.