Əsas səhifə Satışda olan bizneslər İnvestisiya və Əməkdaşlıq SoundCloud $75 mln. cəlb edib

SoundCloud $75 mln. cəlb edib

26
Paylaş

SoundCloud musiqi xidməti Amerikanın “Pandora”ya sahib SiriusXM radioşirkətindən 75 mln. dollar cəlb edib. Şirkət vəsaiti yeni məhsullara və xidmətlərə xərcləməyi düşünür.

Qarşılığında SiriusXM şirkəti SoundCloud-dan minoritar pay və direktorlar şurasında iki yer qazanacaq. Qiymət və əməliyyatın digər təfərrüatları açıqlanmır. Şirkətdən bildiriblər ki, razılıq SoundCloud-la Pandora arasında 2019-cu ildə əldə olunan uğurlu reklam tərəfdaşlığı fonunda imzalanıb.

Qeyd edək ki, SoundCloud son dəfə 2017-ci ildə, maliyyə problemləri fonunda  169,5 mln. dollar investisiya cəlb edib.