Şotlandiyanın “Weir SOS Limited” şirkəti 20 illik fəaliyyətdən sonra Azərbaycan bazarından çıxmaq qərarına gəlib.
Bu barədə Vergilər Nazirliyi məlumat verib.
Şirkət 2000-ci ilin dekabrında dövlət qeydiyyatına alınıb və artıq Azərbaycandakı nümayəndəliyini ləğv etdiyini açıqlayır.
Qeyd edək ki, şirkət 1871-ci ildə mühəndislər tərəfindən təsis edilib və əsas fəaliyyət istiqamətləri neft-qaz sektorunda iri layihələrdə təhlükəsizlik məsələləri üzrə podratçıdır.
Hazırda dünyanın 50 ölkəsində nümayəndəliyi var. Baş ofisi Şotlandiyanın Glazqo şəhərində yerləşir.