Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Şotlandiya şirkəti Azərbaycan bazarını tərk edir

Şotlandiya şirkəti Azərbaycan bazarını tərk edir

35
Paylaş

Şotlandiyanın “Weir SOS Limited” şirkəti 20 illik fəaliyyətdən sonra Azərbaycan bazarından çıxmaq qərarına gəlib.

Bu barədə Vergilər Nazirliyi məlumat verib.

Şirkət 2000-ci ilin dekabrında dövlət qeydiyyatına alınıb və artıq Azərbaycandakı nümayəndəliyini ləğv etdiyini açıqlayır.

Qeyd edək ki, şirkət 1871-ci ildə mühəndislər tərəfindən təsis edilib və əsas fəaliyyət istiqamətləri neft-qaz sektorunda iri layihələrdə təhlükəsizlik məsələləri üzrə podratçıdır.

Hazırda dünyanın 50 ölkəsində nümayəndəliyi var. Baş ofisi Şotlandiyanın Glazqo şəhərində yerləşir.