Sosial şəbəkələrdə “Gəncsən? Başla!” kitabının pozitiv simalarından ibarət maraqlı aksiyası başlayıb

Date:

Paylaş:

Dosent Nadir Adilovun müəllifi olduğu “Gəncsən? Başla!” kitabı ilə bağlı müəllifin sosial şəbəkədəki dostlarına ünvanladığı “Dostum imzam sən ol, simam sən ol!”, “Gəlin gənclərə pozitiv örnəklər verək” müraciətinə maraqlı cavablar gəlib. Cavablar isə pozitiv vərdişləri gənclər üçün örnək olaraq ifadə edən dostların bacarıqlarından ibarət fotoşəkillərdir.

Müəllifin sosial şəbəkədəki dostları #GəncsənBaşla, #Dostumsimamol, #Dostumimzamol haştaqı ilə kitabın PR və Sosial Media Marketinqinə (SMM) dəstək olur. Bu aksiyada əsas məqsəd gənclər üçün faydalı və pozitiv məşğuliyyət aşılayan peşələrin təbliğinə təşviq etməkdir.

#GəncsənBaşla, #Dostumsimamol, #Dostumimzamol haştaqları ilə müəllifə sosial media hesablarında dəstək olan dostları eyni zamanda kitabın virtual siması olublar.

Kitabın satışından əldə ediləcək vəsait tələbələrin təhsil haqqı və təqaüdünə yönləndiriləcək. Həmin tələbələr isə müsabiqə yolu ilə seçiləcək. Yaxın günlərdə müsabiqənin şərtləri barədə elan ictimaiyyətə elan olunacaq.

Qeyd edək ki, “Gəncsən? Başla!” kitabı Azərbaycan Universitetinin Elmi Şurasının müvafiq qərarı ilə nəşr edilib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...