“Facebook” və “İnstagram” Braziliya prezidenti Jair Bolsonaru-nun videosunu şəbəkədən siliblər. Belə ki, videolarda dövlət başçısının karantin qaydalarını pozaraq küçədə öz tərəfdarları ilə söhbət etməsi yayımlanır.
Şəbəkələr bunu insanlar üçün real təhlükə kimi qiymətləndiriblər.
Qeyd edək ki, videoçarxlarda prezident sərt karantin tədbirlərinə qarşı olduğunu dəfələrlə vurğulayır və belə ölçülərin iqtisadiyyatı məhv etdiyini əminliklə bildirir.
Ölkənin Səhiyyə Nazirlyi isə vətəndaşları sosial məsafəni qorumağa çağırıb.
Xatırladaq ki, sözügedən sosial şəbəkələrdən əvvəl “Twitter” də analoji addımı atıb.