Sosial mediada necə biznes qurmaq olar?

Date:

Paylaş:

Böhran dərinləşdikcə biznesi inkşaf etdirmək, onu PR etmək xərclər baxımdan çətinləşir. TV və radiolarda reklam yerləşdirmənin qiyməti artdıqca, şirkətlər sosial mediaya üz tuturlar. Son günlər sosial şəbəkələrdə yerləşdirilən reklamlara görə 18 % ƏDV tutulmasına rəğmən SMM daha üstün və sərfəlidir. Sosial mediada həm biznes qurmaq həm də biznesin xərclərini optimallaşdırmaq olar.

Sosial mediada biznesi necə quraq?

Sosial mediada biznesin qurulması hələ də aktualdır. Burada siz həm biznesinizi inkşaf etdirə, satışlarınızı qaldıra və öz biznesinizi qura bilərsiniz. Bu biznesi müxtəlif istiqamətlərə bölmək olar, bunların bəziləri haqqında söhbət açacam. Öncə SMM mütəxəssisi olaraq siz şirkətlərə bu sahədə xidmət paketlərinizi təqdim edə bilərsiniz və ya bu istiqamət üzrə hər hansı bir agentliyin hissəsi olub onlarla çalışa bilərsiniz.  İkinci istiqamət olaraq siz bir facebook səhifəsi yaradıb onun üzərindən online satış təşkil edə bilərsiniz. Minimum xərclərlə normal gəlir də əldə etmək mümkündür. Sosial şəbəkələrdə satışla məşğul olanlar çox olsa da güvənli və fərqli məhsul satışı edən azdır. Əgər siz fərqlənə bilsəniz o zaman biznesinizi qura biləcəksiniz.

SMM üzərindən callcentre xidməti

Nəzərə alsaq ki, Whatsapp və digər messengerlər üzərindən istifadəçilər arasında bir birinə səsli mesaj göndərmək çox aktualdır. Bu zaman şirkətlər telefon mərkəzi xidmətlərinin xərclərini optimallaşdıraraq  onu sosial media üzərindən edə bilər. Belə ki, şirkətlər rəsmi facebook səhifələri üzərindən onlara müraciət edən müştərilərə səsli mesaj və ya messenger üzərindən zəng ilə onların sorğularını cavablandıra bilərlər. “Callcentre”i tam əvəz etməsə də, qismən onun xərclərini və iş yükünü azalda  bilər. Araşdırmalarıma görə, bunu dünya ölkələri üzrə tətbiq edən hələki yoxdur. Əgər bu tətbiq edilsə və istifadəçilər tərəfindən bəyənilsə yeniliyə imza atmış olarıq.

Müəllif: Mahir Mədətov

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...