Şöhrətini 1992-ci ildə ingilis funtuna qarşı etdiyi əməliyyat ilə qazanan sərmayəçi Corc Soros Trumpa məğlub olub.
Corc Soros Donald Trumpun ABŞ prezidenti seçilməsindən sonra 1 milyard dollar itirib.
Wall Street jurnalının verdiyi məlumata görə Trump zəfər qazandıqdan sonra Sorosun mövqeləri ciddi şəkildə zəifləyib. Dow Jones indeksi seçki günündən etibarən 10 dəfə dəyər qazanıb.
Məşhur milyarder seçki ərəfəsində Hilary Clintonun ən böyük dəstəkçilərindən biri idi. Soros 2013-cü ilin seçkilərində Obamanı dəstəkləyirdi. 2004-cü ildə isə Buşa qarşı demokratlara 20 milyon dollar dəstək göstərmişdi. Ötən ay Soros respublikaçı namizəd Trumpı ağır sözlərlə tənqid etmişdi.
Soros siyasətə ən yaxın sərmayəçilərindən biridir. Macarıstanda doğulan Soros yaratdığı fondlarla siyasətə yön verən kimi tanınır. Sorosun Macarıstana yaratdığı fondlar bu səbəbdən iqtidar tərəfindən tənqid olunur. Onu siyasətdə hər şeyə qarışan liberal kimi günahlandırırlar.
Corc Sorosun həyatı haqqında Corc Soros kimdir adlı məqaləmizdən oxuya bilərsiniz.