Şopinq festivalı kiçik və orta sahibkarlığın inkişafı üçün xüsusi əhəmiyyət daşıyır

Date:

Paylaş:

Bakıda keçirilən İkinci Şopinq Festivala ən çox diqqət ayıran, təbii ki, qadınlardır. Bakda keçirilən Şopinq Festivalına qatılmaq istəyənlərdən biri də Varşava Şəhər Şurasının ən gənc üzvü, beynəlxalq hüquqşünas Anna Maria Rozekdir.

AZƏRTAC xəbər verir ki, M.Rozek festivalın saytına açıqlamasında deyib: “Etiraf edim ki, bir xanım olaraq, bu festivalda iştirak etmək istərdim, xüsusilə də, əl işi olan bəzək əşyalarına diqqət edərdim”. O, Varşavada da oxşar təşəbbüsləri dəstəklədiyini, bu əsnada Azərbaycanın müsbət təcrübələrindən də yararlanacaqlarını qeyd edib.

Onun sözlərinə görə, belə festivallar kiçik və orta sahibkarlığın inkişafı baxımından da əhəmiyyətlidir.

Həmçinin festivala qatılan turistlər alış-veriş etməklə yanaşı, müasir Bakıdan xoş təəssüratlarla ayrılacaqlar: “Mən hesab edirəm ki, səmərəli beynəlxalq marketinq və bir çox dünyaca məşhurların ölkəyə dəvət olunması həmişə müsbət nəticə verir. Azərbaycanda da bu təşəbbüsün uğurlu olacağına heç bir şübhəm yoxdur”.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...