Əsas səhifə Biznes sahələri Texnologiya “Sony” yeni kamera texnologiyasını təqdim etdi: 2×2 OCL

“Sony” yeni kamera texnologiyasını təqdim etdi: 2×2 OCL

58
Paylaş

“Sony” şirkəti kamera sensorlarının istehsalında lider olaraq qalmağa davam edir. Həm fotoaparatlar, həm də smartfonlar üçün istehsal etdiyi sensorlar ilə ciddi satışlar əldə edə bilir. Hər nə qədər öz smartfonları ilə ekosistemdə uğur qazanmasalar da yeni texnologiyalar ilə gündəmə gəlməyi bacarırlar. Belə ki, bu səfər şirkət smartfonların kameraları daha irəli səviyyəyə aparacaq yeni sensor texnologiyasını təqdim etdi.

Bizplus.az bildirir ki, 2×2 On-Chip Lens adı verilən texnologiya ilə smartfonlardakı kamera sensorları daha həssas, daha dəqiq şəkillər çəkə biləcək.

Yeni sensorlar səbəbilə artıq smartfon kameraları daha həssas olacaq və daha sürətli fokuslanacaqlar. Həmçinin dinamik rəng aralığı da daha geniş olacaq. Şirkət rəsmilərinin açıqlamasına görə daha yüksək Meqapiksellərdə daha üstün performans veriləcək. Rəsmilər qeyd edir ki, yeni texnologiyada bir-birinə bitişik eyni rəngli piksellərin hər birinin üzərinə 1 lens qoymaq yerinə bütöv tək bir lens qoyaraq daha yaxşı nəticə əldə edə bilirlər.(Yuxarıda sağdakı şəkil) Bu səbəbdən kamera sensorları ən kiçik obyektlərə belə rahatlıqla fokuslana biləcək.

Sony rəsmiləri ayrıca qeyd edir ki, piksellər arasındakı faza fərqi bu üsul ilə minimuma endirilir və həm horizontal, həm də vertikal olaraq rəng təyin etmə qabiliyyəti artır. Hal-hazırda bu texnologiyanın nə vaxt tətbiq olunacağı bəlli deyil. Lakin aşkarlanan bəzi məlumatlara görə “Oppo” şirkəti 2020 üçün “Sony” şirkəti ilə müqaviləyə bağlayıb və çox güman gələn il “Oppo”nun flaqman modellərinin birində bu kamera sistemini görə biləcəyik.