Sony Yaponiyada S.Ride taksi xidmətini istifadəyə verib

Date:

Paylaş:

S.Ride tətbiqi Tokioda fəaliyyətə başlayıb, onu Minna no Taxi ( tərcümədə “hər kəs üçün olan taksi”) şirkəti istifadəyə verib.

Minna no Taxi – Sony Corporation, Sony Payment və Daiwa ilə Kokusai-nin də daxil olduğu beş yerli taksi şirkətinin birgə qurumu. Avtoparka 10 mindən çox avtomobil daxildir. Şirkətdən deyiblər ki, Sony hələ ki bütün dünya üzrə xidmət təklif etməyi düşünmür.

2018-ci ilin aprelində Sony-yə yeni baş direktor Kenichiro Yoshida təyin olunub. CNet-in yazir ki, şirkət onun rəhbərliyi altında məzmun və xidmət satışını həyata keçirib, S.Ride-ın istifadəyə verilməsi isə bu strategiyanın bir hissəsi olub.

CNet belə qeyd edib ki, Uber və Lyft-dən fərqli olaraq bu əsl taksidir, yəni taksi lisenziyası olmayan adi sürücülü maşını saxlatmağa imkan verən “toplayıcı” deyil.

Yaponiyada “Rideshare” xidməti qadağandır. Uber ölkədə 2018-ci ilin sentyabrından işləyir, lakin bu bazara çıxmaq üçün şirkətə yerli lisenziyalı taksi operatorları ilə işləmək lazım gəlib. Uber Yaponiyada Tokio sakinləri üçün əsasən premium xidmət göstərir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...