Sony şirkəti hələ fevral ayının sonunda keçirilmiş MWC 2019 sərgisində Xperia 1 flaqman smartfonunu təqdim etmişdi. Lakin indi internetdə artıq Xperia 2 modeli barəsində məlumatlar ortaya çıxıb. Bu barədə Gagadget saytı xəbər verib. Məlumata əsasən yeni smartfon məhz Xperia 2 adı ilə satışa çıxacaq.
O, 21:9 nisbətli 2880×1234 piksel keyfiyyətli 6.2düym CinemWide ekran, Snapdragon 855 prosessoru, 6 GB RAM, üçlü arxa kamera, 3000 mAh enerji tutumlu batareya və 3.5 mm-lik audiogiriş ilə təchiz olunacaq.
Smartfonun kamera özəllikləri barəsində dəqiq bir məlumat yoxdur. Lakin güman etmək olar ki, onlardan biri 3D ToF kamera modulu olacaq. Çox güman ki, Xperia 2 bu ilin sentyabr ayında keçiriləcək IFA 2019 sərgisində təqdim olunacaq. Onun güman olunan qiymət göstəricisi isə 800-900 dollardır